“Azerenerji” ASC Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas enerji sistemini birləşdirmək məqsədilə Zəngəzur yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlayıb.
 
Araz çayı boyunca Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın Ermənistanla sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 MVt yükötürmə qabiliyyətinə malik 330 kVt yüksək gərginlikli ötürmə xəttinin inşaası nəzərdə tutulur.
 
Bu xəttin istifadəyə verilməsi ilə Azərbaycan Ermənistana, həmçinin Türkiyə üzərindən Avropa ölkələrinə də elektrik enerjisi ixrac etmək imkanı qazanacaq.
 
Bir qədər əvvəl Ermənistanın baş naziri Azərbaycanla enerji sisteminin birləşdirilməsi, gələcəkdə enerji mübadiləsinin aparılması məsələsini anons etmişdi.

Baxış sayı: 407 | Tarix: 29.01.2026
Bizi Telegramda izləyin: @repostaz