Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
 
Qeyd edək ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 654 test aparılıb. 
 
Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib.

Baxış sayı: 5632 | Tarix: 11.06.2020
Bizi Telegramda izləyin: @repostaz