Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək tibb müəssisələri müəyyənləşib. 
 
Bu barədə RePost.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub. 
 
Xüsusi rejimli xəstəxanalar bunlardır:
 
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Kliniki Tibbi Mərkəz
Azərsu Tikinti Xəstəxanası
Göyçay RMX
Salyan RMX
Xızı RMX
Qusar RMX
Ucar RMX
Saatlı RMX
Zərdab RMX
Gəncə Dəmiryol Xəstəxanası
 
Qeyd edilən Xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

Baxış sayı: 3485 | Tarix: 18.06.2020
Bizi Telegramda izləyin: @repostaz