Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda qəbul edilmiş xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.
 
RePost.Az xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
 
“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, - o bildirib.


Baxış sayı: 3238 | Tarix: 18.06.2020
Bizi Telegramda izləyin: @repostaz