"Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.
 
RePost.Az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.
 
Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir:
 
“Pandemiyadan əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

Baxış sayı: 3200 | Tarix: 19.06.2020
Bizi Telegramda izləyin: @repostaz