Ölkədə ardıcıl iki dəfə həftə sonu sərt qadağalar tətbiq edilsə də, bəzi insanlar müxtəlif bəhanələr uyduraraq istirahət üçün rayonlara üz tutdular. Sosial məsafəni və maskanı unudaraq qapalı və açıq ictimai yerlərə axışdılar. Bu isə yoluxma sayındakı mənfi gedişatı, çox təəssüf ki, daha da artırdı. Nəticə göz qabağındadır.
Kilometrlərlə uzanan tıxac hər kəsdə sual doğurur; rayon yollarının bağlı olduğu və insanların gediş-gəliş icazəsi olmadığı halda onlar postları necə keçiblər?
Bilindiyi kimi Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinə gəlib-getmək istəyən vətəndaşlara yalnız 2 halda icazə verilir:
1. Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün;
2. Xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicəsi üçün.
BAKU.WS xəbər verir ki, İTV Xəbərin dünənki buraxılışı rayonlardan Bakıya qayıdanların postlardan necə və hansı şərtlərlə buraxıldığını araşdırıb. Post patrul xidmətinin əməkdaşı Bakı qeydiyyatında olub, rayonda şəxsi mülkü olanları və ölkə ərazisində hərəkətinə icazə verilən şəxsləri postlardan buraxdıqlarını söylədi. Əslində isə, yuxarıda qeyd edilən icazə Bakı qeydiyyatında olan və rayonda evi olanlara aid deyil. Eləcə də, ölkə ərazisində hərəkətinə icazə verilən şəxsin avtomobilində özün başqa heç kim olmamalıdır.
Ətraflı aşağıdakı videoda izləyin: