Qubanın Cimi kəndində müəllimlərin maşını sel aparıb.
 
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, avtomobildə olan bir qrup müəllim çayı keçən zaman sel gəlib. Nəticədə nəqliyyat vasitəsini su basıb və 100 metr sürüklənib.
 
Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra kənd sakinləri müəllimləri xilas edib.
 

Baxış sayı: 1965 | Tarix: 19.10.2024
Bizi Telegramda izləyin: @repostaz