Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.
 
Dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi.
 
Bildirildi ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
 
Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.
 

Baxış sayı: 483 | Tarix: 03.07.2025
Bizi Telegramda izləyin: @repostaz