Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
 
Bu barədə RePost.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
 
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
 
Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Bu gün 6 464 koronavirus testi aparılıb.

Baxış sayı: 3504 | Tarix: 23.06.2020
Bizi Telegramda izləyin: @repostaz