Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcə də atası və qardaşı koronavirusa yoluxub.
RePost.Az xəbər verir ki, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.
Hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.
Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir, Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir.