Bakıda marketlərdə polis nəzarəti gücləndirilib.
 
RePost.Az xəbər verir ki, ərzaq mağazalarında polis postları quraşdırılıb. Polis əməkdaşları ticarət mərkəzlərinə müştərilərin qoruyucu maskasız daxil olmasını qadağan edib.
 
Həmçinin mağazaya daxil olan müştərinin ilk öncə hərarəti ölçülür, hərarəti olan müştəri mağazaya buraxılmır. Proses paytaxtın bütün ərzaq mağazalarında və alış-veriş yerlərində həyata keçirilir.
 
Qeyd edək ki, ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Baxış sayı: 3865 | Tarix: 06.07.2020
Bizi Telegramda izləyin: @repostaz