Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsünün 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək çəkdiyi video paylaşılıb. 
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov RePost.Az-a bildirib ki, sözügedən video ilə bağlı ətraflı araşdırma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb:
 
"Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Barəsində müvafiq olaraq tədbir görülüb".


Baxış sayı: 4511 | Tarix: 07.07.2020
Bizi Telegramda izləyin: @repostaz