AZAL-ın zərər görmüş təyyarəsinin pilotları məcburi eniş üçün sorğu göndərsələr də Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib.
 
Bu barədə "Euronews"a Azərbaycanın hökumət mənbələrindən bildirilib.
 
Qeyd edilib ki, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.
 
Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.

Baxış sayı: 578 | Tarix: 26.12.2024
Bizi Telegramda izləyin: @repostaz