Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirib.
 
RePost.Az unikal.org-a istinadən xəbər verir ki, subsidiyaların verilməsində rüşvət tələb etdikləri üçün nazirliyin bır sıra əməkdaşları saxlanılıb.
 
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.
 
O bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.

Baxış sayı: 5271 | Tarix: 09.07.2020
Bizi Telegramda izləyin: @repostaz