"Həmişə tarix boyu epidemiyalarla mübarizə zamanı birinci silah karantin olub. Hansı xəstəliyin ki, peyvəndi, spesifik müalicəsi yoxdur, o xəstəliklə mübarizədə yeganə yol karantindir".
RePost.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O əlavə edib ki, bu xəstəliyin inkubasiya dövrü 14 gün olduğu üçün hər hansı bir şəxs özünü sağlam hiss edərək Bakını tərk edib rayona doğru və ya rayondan Bakıya gəldiyi zaman özü ilə, təəssüf ki, virusu gətirə bilər: "Özünə yaxın bildiyi insanlara bu virusu yoluxdura bilər. Bu məsələlər daim müzakirə olunur. Epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq belə qərarlar gələcəkdə verilə bilər", - deyə Yaqut Qarayeva əlavə edib.