Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 24041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15093nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7878, ötən müddət ərzində isə  ümumilikdə 568234 test aparılıb.

Baxış sayı: 3504 | Tarix: 12.07.2020
Bizi Telegramda izləyin: @repostaz