Bu gün saat 19:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.
Bu barədə RePost.Az-a Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.