“İyulun 17-nə keçən gecədən hal-hazıra kimi Ermənistan-Azərbaycan sərhədinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşib”.
 
RePost.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib
 
Nazirlik rəsmisi bildirib ki, ancaq gərginlik yenə də qalır:
 
“Bizim dövlət sərhədi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunur. İriçaplı silahlardan, əvvəlki günlərdə olduğu kimi minaatanlardan və digər artilleriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Baxış sayı: 4150 | Tarix: 17.07.2020
Bizi Telegramda izləyin: @repostaz