Ermənistan-Azərbaycan sərhədində ağır yaralanan Artur Baqratoviç Muradyan (2001-ci il təvəllüdlü) iyulun 23-də ölüb.
 
RePost.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilir ki, Artur Muradyan iyulun 14-də Azərbaycan istiqamətinə atəş açarkən hərbi birləşmələrimiz tərəfindən cavab atəşi nəticəsində ağır yaralanıb.
 
Erməni hərbçi bu gün ölüb. 

Baxış sayı: 3960 | Tarix: 23.07.2020
Bizi Telegramda izləyin: @repostaz