Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 785126, ötən müddət ərzində isə ümumilikdə 5618 test aparılıb.
 
Xatırladaq ki, Azərbaycanda mayın 13-dən sonra ilk dəfə gündəlik yeni növ koronavirusa (COVİD-19) yoluxma halı 100-dən az olub. 
 
Mayın 13-də  Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 65 yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış, 2 nəfər vəfat etmişdi.

Baxış sayı: 3428 | Tarix: 09.08.2020
Bizi Telegramda izləyin: @repostaz