Müsavat partiyasının qərargahından oğurluq olub.
RePost.Az-ın xəbərinə görə, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı facebookda səhifəsində yazıb.
O qeyd edib ki, ötən gecə dəmir barmaqlıqları kəsib şüşələri sındıraraq partiyanın qərargahına daxil olan naməlum şəxs və şəxslər oradan 2 ədəd kondisioner oğurlayıblar: “Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır”.