Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar.
 
RePost.Az “report”a istinadən xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
 
Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.

Baxış sayı: 3884 | Tarix: 19.08.2020
Bizi Telegramda izləyin: @repostaz