Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.
 
RePost.Az-ın əldə etdiyi xəbərə görə, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra polis bölməsindən sərbəst buraxılıb.
 
Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.
 
Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğundan qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.

Baxış sayı: 3903 | Tarix: 19.08.2020
Bizi Telegramda izləyin: @repostaz