Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
RePost.Az-ın məlumatına görə, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
Həmin şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir.
Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş.
“Loti Quli”nin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.