“Bu tədris ilində dərslərin başlanması həmişəki qaydada olmayacaq. Hazırda yeni qaydalar müzakirə edilir”.
	 
	RePost.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
	 
	Onun sözlərinə görə, bütün ehtiyat tədbirləri görüləcək:
	 
	“Məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır. Məktəblrədə aşağı siniflərdə dərslərə başlanılsa da, böyük siniflərdə onlayn tədrisdən istifadə olunacaq Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Yekun qərarı gözləmək məsləhətdir”.