Ötən gün Avtosfer.az-da paytaxtın Həsən Əliyev küçəsində 90 UD 900 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobil ilə əks istiqamətdə hərəkət edərək piyada keçidində piyadanı vuran sürücü barədə yeni təfərrüatlar məlum olub.
 
Avtomobili sürən şəxs 16 yaşlı Firuz Salmanov olub. Firuz Salmanov sosial şəbəkələrdə müxtəlif vaxtlarda "Niva" markalı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri edərək videolar paylaşıb. Eyni zamanda çoxsaylı qayda pozuntuları edib.
 
Hazırda idarə etdiyi "Porsche" markalı avtomobil anası Ülviyyə Salmanovanın adınadır. Avtomobili isə idarə etmək hüququ atası Pərviz Salmanova məxsusdur. Pərviz Salmanov ticarətlə məşğuldur və parça alqı-satqısı ilə məşğul olur.
 
Firuz Salmanov isə sürücülük hüququ olmadan avtomobili idarə edir.
 
Qeyd edək ki, hadisə avqust ayının 24-də baş verib. Vurulan şəxsin ağır yaralandığı barədə məlumat verilib. Eyni zamanda onun vəfat etdiyi də bildirilir.


Baxış sayı: 3960 | Tarix: 08.09.2020
Bizi Telegramda izləyin: @repostaz