Azərbaycanlılar Türkiyədə qalmaq müddətini ölkədən çıxmadan da uzada biləcək.
RePost.Az xəbər verir ki, səfir təfərrüatları REAL TV-yə açıqlayıb.
Bir müddət öncə Türkiyənin Xarici İşlər naziri azərbaycanlı həmkarı ilə görüşərkən iki ölkə vətəndaşlarının qarşılıqlı səyahətlərinin asanlaşdırılacağını və gəliş-gedişin yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcəyini bildirmişdi.
REAL TV-yə eksklüziv açıqlama verən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib.