Daxili işlər naziri Ramil Usubov yeni kadr təyinatı həyata keçirib.
 
RePost.Az xəbər verir ki, nazir DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Heydər Heydərovu İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə rəis təyin edib.
 
Xatırladaq ki, bu idarənin əvvəlki rəisi general Şərif Əsədullayev yaş həddi ilə bağlı bir neçə gün əvvəl istefaya göndərilib.
 
DİN-in mətbuat xidməti xəbəri "Qafqazinfo"ya təsdiqləyib.
 
RePost.Az

Baxış sayı: 3865 | Tarix: 31.01.2017
Bizi Telegramda izləyin: @repostaz