Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik layihəsi müzakirə olunub. 
 
RePost.Az xəbər verir ki, indiyədək, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan yalnız orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilərdi.
 
Dəyişiklik layihəsinə əsasən, bu qayda kiçik (siyahısı mübafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) rəis heyəti vəzifəsində işləyən əməkdaşlara da aid ediləcək.
 
Qeyd edək ki, orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar 55 yaşına qədər, sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar isə 50 yaşına qədər xidmətdə ola bilərlər.
Layihədə bildirilib ki, bu dəyişiklik Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını, qənaət etmək məqsədilə genişləndirilməsi təklif olunur.
 
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
 
RePost.Az

Baxış sayı: 3770 | Tarix: 01.02.2017
Bizi Telegramda izləyin: @repostaz