Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların imitasiyası həyata keçirilib. Növbəti mərhələdə danışıqların imitasiyasına imkan verilməyəcək.
RePost.Az xəbər verir ki, bunu oktyabrın 10-da keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Ermənistan tərəfində terrorçuların iştirakı barədə materialların toplanaraq müxtəlif dövlətlərin səfirliklərinə, aidiyyəti beynəlxalq təşkilatlara təqdim olunduğunu bildirən nazir qeyd edib: “Biz beynəlxalq təşkilatlara təqdim etdiyimiz materiallarda beynəlxalq konvensiyaların hansı müddəalarının pozulduğunu göstərmişik. PKK terrorçularının da döyüşlərdə iştirak etməsi ilə bağlı sübutlar var. Ermənistan prezidenti də terrorçuların döyüşlərdə iştirakını etiraf edib. Terrorçulardan istifadə etmək Ermənistanın həmişəki əməlidir”.
Ceyhun Bayramov, eyni zamanda, bildirib ki, Ermənistan atəşkəs rejiminə əməl etməsə, bunun acı nəticələrini görəcək. “Ermənistan rəhbərliyi öz əhalisini aldadır, xalqa olmayan hansısa uğurlar haqqında yalan məlumatlar verirlər. Bununla da daxili auditoriyaya müsbət mesaj vermək istəyirlə