"Nəhayət, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur".
 
RePost.Az xəbər verir ki, bu sözləri Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov özünün rəsmi "Facebook" səhifəsində yazıb:
 
"Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"
 
Qeyd edək ki, 35 yaşlı qrossmeyster Zəngilanda anadan olub.

Baxış sayı: 4093 | Tarix: 21.10.2020
Bizi Telegramda izləyin: @repostaz