Qarabağın işğaldan azad edilməsi ənməliyyatında daha iki Xacalı cəlladı məhv edilib. Bununla da Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının Şirak böləsindən Qarabağa döyüşməyə yollanmış 64 nəfərdən cəmi 18 nəfər sağ qalıb.
RePost.Az xəbər verir ki, "Yerkrapahner"lər arasında ötən gün məhv edilən iki nəfər xüsusilə fərqlənirdi.
Onlar barəsində Qarabağda məhv edilən ASALA terrorçusu, Ermənistanın milli qəhrəmanı Monte Melkonyanın qardaşı Markar Melkonyan "My Brother’s Road: An American’s Fateful Journey to Armenia" kitabında belə yazıb: "Qardaşımın rəhbərlik etdiyi "Arabo" dəstəsi Xocalıda türklərə divan tutdu. Onlar türkləri təqib etdilər, şəhəri tərk edənlərə çatdılar, gülləbaran etdilər, sonra cəsədləri bıçaqlamağa başladılar".
Həmin "Arabo" dəstəsindən olan iki nəfər Qarabağda məhv edilib.

 

Baxış sayı: 5461 | Tarix: 29.10.2020
Bizi Telegramda izləyin: @repostaz