Sumqayıtda qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib.
 
RePost.Az Xəzər TV-yə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 40 sürücü barəsində protokol tərtib edilib. Bəzi sürücülər yoxlamalara etirazlarını bildiriblər.
 
Kimisi fərqlənmə nişanı olmadan taksi fəaliyyətinə davam edir. Kimisi də saxla əmrinə tabe olmur..
 
Görüntülər Sumqayıtda təşkil olunan reyddəndır. yol polisləri ilə Dövlət avtomobil nəqliyyatı xidmətinin əməkdaşlarının şəhər ərazisində qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı birgə reydi maraqlı nəticələrlə yadda qalıb.
 
Sumqayıtın müxtəlif istiqamətlərində keçirilən reyd zamanı fərqlənmə nişanı olmadan taksi xidməti göstərən xeyli sürücüyə rast gəlinib.
 
Reyd zamanı polis saxla əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerdərdə avtomobillərini saxlayan, sənədsiz avtomobil idarə edən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin protokolu ilə razılaşmayan sürücülərə də rast gəlinib.
 
Reyd zamanı ümumilikdə 40 sürücü barəsində protokol tərtib edilib. Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.
 
RePost.Az


Baxış sayı: 3751 | Tarix: 03.02.2017
Bizi Telegramda izləyin: @repostaz