Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. 
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a bildirilib ki, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
 
Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
 
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Baxış sayı: 3143 | Tarix: 13.11.2020
Bizi Telegramda izləyin: @repostaz