Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Mövlud Çavuşoğlu Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad olunması münasibətilə təbriklərini çatdırıb.
Həmçinin, nazirlər 10 noyabr tarixli birgə bəyanatın icrasının vacibliyini qeyd ediblər, Azərbaycanla Türkiyənin əməkdaşlığına dair fikir mübadiləsi aparıblar.