Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3942 yeni yoluxma faktı qeydə alınıb, 2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411, ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb.