Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir.
RePost.Az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var.
Saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.
Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad RİH-də əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.