Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqi keçirilib.
RePost.Az-ın xəbərinə görə, Azadlıq meydanında keçirilən məşq zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər nümayiş olunub.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bildirib ki, dekabr ayının 10-da keçiriləcək paradda müharibə zamanı düşməndən ələ keçirilən toplar, kiçik çaplı, orta çaplı və iri çaplı minaatanlar, tanklar, BMP-lər nümayiş olunacaq.
Eyni zamanda, paradda hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
A. Eyvazov qeyd edib ki, bugünkü məşq hərbi paradın sınaq mərhələsidir.