Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ictimai nəqliyyat və taksi xidmətlərinin fəaliyyətinə icazə veriləcək. 
 
RePost.Az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb. 
 
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır.

Baxış sayı: 3523 | Tarix: 08.12.2020
Bizi Telegramda izləyin: @repostaz