Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4403 yeni yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.
 

Baxış sayı: 3371 | Tarix: 09.12.2020
Bizi Telegramda izləyin: @repostaz