Dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
 
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.  
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  70-80 faiz  təşkil edəcək.  
 
Dekabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı  yerlərdə isə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. 
 
Havanın temperaturu  gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.   
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Baxış sayı: 1870 | Tarix: 11.12.2020
Bizi Telegramda izləyin: @repostaz