Dekabrın 11-də Azərbaycan ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, onlardan 28 nəfər evə qaytarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 17 nəfər barəsində cinayət işi başlanılıb.