Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə sürücülük vəsiqəsi məlumatlarının inteqrasiya olunması məsələsi nəzərdən keçirilə bilər.

RePost.Az-ın Trend-ə istinadən verdiyi xəbər görə, bunu yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun yaradılması layihəsinə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, sürücülük vəsiqələrindəki məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə daxil edilməsi texniki olaraq mümkündür: “Hər şey istifadə olunan çiplərin yaddaş həcmindən asılı olacaq”.

Daha əvvəl şəxsiyyət vəsiqələrinə elektron sağlamlıq kartlarının məlumatlarının inteqrasiya olunması imkanı nəzərdən keçirilirdi.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci il yanvarın 1-dən başlanacağı planlaşdırılır.


Baxış sayı: 3238 | Tarix: 06.02.2017
Bizi Telegramda izləyin: @repostaz