Hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır.
RePost.Az-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumatda bildirilir ki, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.
Qeyd edək ki, MN Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat açıqlayıb.