Şuşa şəhərinin elektrik enerjisi ilə təminatı üzrə aparılan işlər başa çatmaq üzrədir.
 
RePost.Az "APA-Economics"ə istinadla məlumat verir ki, bunu 10-cu Beynəlxalq "Caspian Energy Investment" Forumu və 5-ci Beynəlxalq "Caspian Business Award 2020" mükafatının təqdimetmə mərasimində çıxış edən "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
 
Qeyd edək ki, Şuşa şəhəri "Şükürbəyli" yarımstansiyasından qidalanmaqla elektrik enerjisi ilə təmin olunacaq.
 
A. Məmmədzadənin sözlərinə görə, Cəbrayıl şəhəri və Hadrut qəsəbəsi artıq elektrik enerjisi ilə təmin olunub: "Ümumilikdə, regionlar üzrə cari ildə 50-dən çox kənddə yenidənqurma işləri tamamlanıb və kəndlər elektrik enerjisi ilə təmin edilib. Hazırda innovativ həllərin mövcud paylayıcı şəbəkələrə inteqrasiyası həyata keçirilir. Pandemiya dövründə onlayn xidmətlər artıq şərtdir və məhz buna görə də rəqəmsallaşma platformasına bir neçə xidmətlər də əlavə olaraq köçürülməkdədir".
 
RePost.Az

Baxış sayı: 3789 | Tarix: 23.12.2020
Bizi Telegramda izləyin: @repostaz