Yanvarın 5-də gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək
 
Yanvarın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
 
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Baxış sayı: 578 | Tarix: 04.01.2026
Bizi Telegramda izləyin: @repostaz