Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 219 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 nəfərdir.
Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə 2199939 test aparılıb.