Qarabağda atəşkəs rejiminə nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirən Rusiya sülhməramlılarının müşahidə məntəqələri istehkam blokpostları ilə təchiz ediləcək.
 
RePost.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
 
Qeyd olunub ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulub.

RePost.Az


Baxış sayı: 3409 | Tarix: 04.01.2021
Bizi Telegramda izləyin: @repostaz