Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.
RePost.Az-ın xəbərinə görə, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.
Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
-Rusiyada 1,0 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,14 manat;
-Gürcüstanda 1,12 manat təşkil edir.
1 litr üçün dizel yanacağının qiyməti;
-Türkiyədə 1,44 manat;
-Rusiyada 1,12 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,21 manat;
-Ermənistanda 1,19 manat;
-Gürcüstanda 1,15 manat səviyyəsindədir;
-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.