Abşeron polisi sürücülərin qənimini həbs etdi - Yeni dələduzluq forması - VİDEO
Abşeron polisi sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib.
RePost.Az xəbər verir ki, əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyini deyib.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev, çirkin əməllərini Bakının bir neçə rayonunda dəfələrlə təkrarlayıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikə xərcləyib.